Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

ŞAHMAR ŞAHHÜSEYN OĞLU USUBOV

Usubov Şahmar Şahhüseyn oğlu 1953- cü il avqust ayının 4-də DQMV-nin Xocalı kəndində anadan olmuşdur. 1960-cı ildə Xocalı kənd orta məktəbinin 1-ci sinfinə daxil olub. 1970-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1970-1971-ci illərdə Xocalı Tərəvəzçilik, südçülük sovxozunda fəhlə işləmişdir. 1971-1972- ci illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda dinləyici olmuşdur. 1972-1974-cü illərdə Buryatiya MSSR- də hərbi xidmətdə olmuşdur. 1974-1979 cu illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Maddi –Texniki təchizatın iqtisadiyyatı və planlaşdırılması fakultəsinin iqtisadçı ixisasının qiyabi şöbəsini bitirib. 1974-1975- ci illərdə Xocalı 2 №- li sovxozda fəhlə işləmişdir. 1975-1979-cu illərdə Şuşa şəhər 1 №- li təcridxanada böyük mühasib işləmişdir. 1979-1990-cı illərdə Xocalı Tərəvəzşilik, südçülük sovxozunda mexanizasiya mühasibi, baş mühasibin müavini, baş iqtisadçı vəzifələrində işləmişdir. 1990- cı ildən 1998- ci ilədək Respublika Aqrar-Sənaye bankının Xocalı filialının müdiri vəzifəsində işləmişdir. 1998-1999- cu illərdə Bakı şəhər Əzizbəyov rayon enerji satış idarəsində müdir işləmişdir. 1999-2000-ci illərdə Bakı şəhər Xətai rayon qaz-istismar idarəsində qazın qəbulu, nəqli və satışı sahəsində rəis vəzifəsində işləmişdir. 12.05.2000-ci ildən 16.12.2000- ci ilədək «Seyhun» şirkətində icraçı direktor işləmişdir. 2000- ci ilin dekabr ayının 21- dən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xocalı rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir.  06.08.2013-cü il  tarixdə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahmar Şahhüseyn oğlu  Usubovun "Şöhrət" ordeni ilə təltif  edilməsi haqqında sərəncam vermişdir.

Keçidlər