Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası.

17 oktyabr 2017 | 16:00

17.10.2017-ci il tarixdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubovun rayonda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
    Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri və rayon ziyalıları iştirak ediblər.
    Şahmar Usubov Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin giriş və yekun nitqini hesabat iştirakçılarının nəzərinə çatdırıb. Ölkədə gedən hərtərəfli və sürətli inkişafı Xocalı rayonunun inkişafı və əhalinin rifah halının artması ilə əlaqləndirib. Rayon rəhbəri bildirib ki, məşğulluğun artırılması üçün Dövlət Proqramları və layihələr öz bəhrəsini verməkdədir. Ölkədə bütün sahələr inkişaf edir. Aşağı Ağcakənd qəsəbəsi ərazisində 5000 ədəd tut ağacı tingi əkilmişdir. Əkilən tinglərə lazımi qulluq edilmişdir və gələn il üçün artıq 500 kq barama istehsalı nəzərdə tutulmuşdur.
    Təhsil şöbəsinin müdiri Şakir Əliyev məruzə ilə çıxışında ölkə təhsilində aparılan islahatlardan, rayonun təhsildə qazandığı nailiyyətlərindən söhbət açıb. Bildirib ki, Prezidentimizin  qaçqın  və  məcburi  köçkünlərə,  təhsil  sahəsinə  diqqəti  və  qayğısı  sayəsində  rayonumuzda  olan  12  tam  orta  məktəbin  9-u müasir  tipli  binalarda  fəaliyyət  göstərir.  Xocalı rayonu üzrə 2017-ci ildə 102 məzundan  48 nəfəri ali məktəblərə qəbul olmuşlar. Onlardan 7 nəfəri 500-dən yuxarı, 3 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Şagirdlərimizin hamısı 100 % pulsuz dərsliklərlə təmin olunmuşlar.
    Xocalı rayon Məşğulluq Mərkəzinin direktoru Nicat Ələsgərov qeyd etdi ki, 2017-ci ilin 9 ayı ərzində vətəndaşlar tərəfindən mərkəzə 80 nəfər müraciət etmişdir,onlardan 53 nəfəri işaxtaran kimi qeydiyyata alınmışdır. 2017-ci ilin 9 ayı ərzində mərkəzə daxil olmuş boş(vakant) iş yerlərinə, 29 nəfər işaxtarana göndəriş vərəqi verilmişdir. Onlardan  15 nəfəri daimi işlə təmin olunmuşdur. Özünüməşğulluğun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli sərəncamın həyata keçirilməsi məqsədi ilə tələb olunan şərtlər əsasında rayon əhalisi arasından 9 nəfəri seçilərək təlimlərə cəlb olunmuşdur. Onlardan 6 nəfərinin biznes planı Beynəlxalq Əmək Təşkilatının və Dövlət Məşğulluq Xidmətinin  nümayəndələrindən təşkil edilmiş komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Həmin şəxslərin biznes planlarına uyğun olaraq 3 nəfərinin hər birinə 1 baş yanı balalı inək, 1 baş boğaz düyə, 1 baş düyə, 2 nəfərinin hər birinə kökəltmə üçün 4 baş dana, 1 nəfərinə isə 18 baş yanı balalı qoyun verilmişdir.
    “Azəravtoyol” ASC-nin "54 saylı Yol İstismarı" MMC-nin  baş mühəndisi Nizami Əmiraslanov idarənin gördüyü işlərdən məlumat verib. Nizami Əmiraslanov bildirib ki, Cənab Prezidentimiz 2017-ci ilin "40 yol" layihəsinin icrası üçün Sərəncam vermişdir. Sərəncam əsasında yüzlərlə kəndi birləşdirən 40 kənd yolunun tikilməsi nəzərdə tutulmuşdur. Bu layihəyə əsasən, iki yolun tikintisi - uzunluğu 29,5 km olan Goranboy -Tərtər avtomobil yolu, uzunluğu 25,3 kilometr olan Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi bizim idarəyə həvalə edilmişdir. Bununla bərabər, 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən, yenidən qurulan Goranboy - Yuxarı Ağcakənd avtomobil yolunda yekun işlər aparılır.
    Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov məruzələrə münasibət bildirib və hesabat iclasının sonunda rayonun idarə və müəssisə rəhbərlərinə tapşırıqlar verib.

Keçidlər