Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir

24 aprel 2018 | 16:00

24 aprel 2018-ci il tarixdə Xocalı rayon Mərkəzi Xəstəxanasında Zərifə xanım Əliyevanın 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan xəstəxanın baş həkimi Məmmədov Aqil görkəmli oftolmoloq Zərifə xanım Əliyevanın həyatı və yaradıcılığı haqqında geniş məruzə etdi.
     Tədbirdə çıxış edənlər akademik Zərifə xanım Əliyevanın Azərbaycan tarixində, ölkənin milli mənəvi həyatında mühüm rol oynayan, Azərbaycan xanımlarının zərifliyinin, humanizmin və qayğıkeşliyinin mücəssəməsi olan Zərifə xanım Əliyevanın öz nurlu siması, ana ləyaqəti, alim məsuliyyəti ilə yaddaşlarda daim yaşayacağı deyilib: "Zərifə xanım öz vətənpərvərliyi, tarixi keçmişimizə, milli adət-ənənələrimizə bağlılığı ilə, sözün əsl mənasında vətəndaşlıq örnəyinə çevrilib. Zərifə Əliyeva bir çox sahələrin pioneri olub, uşaq və gənclərin inkişafı üçün onlara hər zaman dəstək göstərib. Zərifə xanım tanınmış ictimai xadim olmaqla yanaşı, gözəl həyat yoldaşı, qayğıkeş ana olub. O, müasir Azərbaycan tarixində mühüm yeri olan iki prezidentin həyatında vacib rol oynayıb. Ulu Öndərin yaxın silahdaşı, Prezident İlham Əliyevin tərbiyəçisi olub". Zərifə xanım Əliyevanın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
     Tədbirin sonunda xatirə şəkilləri çəkilmişdir.

Keçidlər