Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə gənclər arasında voleybol idman növü üzrə Xocalı rayon birinciliyi keçirildi.

11 may 2018 | 16:00

11 may  2018-ci il tarixdə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 4 saylı tam orta məktəbin idman zalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə gənclər arasında voleybol idman növü üzrə Xocalı rayon birinciliyi keçirildi.
     Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə 8 komanda qalib olmaq uğrunda mübarizə apardı. Yarışın nəticəsinə əsasən, I yeri Xocalı rayon Polis Şöbəsinin, II yeri Xocalı rayon mədəniyyət işçilərinin, III yeri isə Kosalar kənd gənclərinin yığma komandaları tutdular. Yer tutan komandalar Xocalı rayon Gənclər və İdman idarəsi tərəfindən Fəxri Fərman və kubokla təltif edildilər.
     Sonda yarış iştirakçıları ilə xatirə şəkli çəkdirildi.

Keçidlər