Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət

 


Xocalı Faciəsini əks etdirən muzey 26 fevral 2010- cu ildən Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Xocalı küçəsinin kəsişməsindəki küçədə 95 nömrəli evdə yerləşir. Muzeyin sahəsi 62 kvm – dir. Muzeydə müxtəlif növ eksponatlar vardır. 16 ədəd xocalı soyqırımına aid fotoşəkillər, 12 ədəd Milli Qəhrəmanlarımızın şəkilləri, rayon üzrə şəhid olanların şəkilləri 96 ədəd şəhid  şəkilləri (22- si polis əməkdaşının  şəkilləridir). Bundan əlavə  muzeydə  faciəni əks etdirən böyük fotoşəkil,  rayonun inzibati xəritəsi və  şəhərin planı 1 ədəd, Xocalının keçmişinə dair  bir neçə fotoşəkil, hadisədən sonra şəhid  məzarları və o cümlədən bir ailənin tam  şəkildə məhv olmaları ilə bağlı məzarları əks olunur. Muzeyə il ərzində orta hesabla 3000-ə nəfərə yaxın adam  ziyarətə gəlir ki, bunların  da çoxunu məktəblilər təşkil edir. Muzeye gələnlər muzeydəki,  xatirə kitabına  ürək sözlərini qeyd edirlər.                                                                                                                                                                                                                                                                   2014-cü ildə Rayon Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində 1 Mərkəzləşdirilmiş kitabxana  sistemi  və 14 kitabxana  filialı fəaliyyət göstərib. Mərkəzləşdirilmiş Kitabxana  Sistemi Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində  Mədəniyyət  icma  mərkəzinin binasında,  kitabxana filialları isə məcburi köçkünlərimizin məskunlaşdıqları Hacıkənd  qəsəbəsində, Aşağı Ağcakənd  qəsəbəsi  ətrafındakı qəsəbələrdə və digər  rayonlarda  yerləşmişlər. Rayon üzrə bütün kitabxanalar istiliklə  təmin olunub.  Hal-hazırda 3 kitabxananın  təmirə ehtiyacı vardır. Mərkəzləşdirilmiş  Kitabxana Sistemi və filiallarında 46 nəfər  işçi çalışır. Kitabxanalarda  ümumilikdə 50748 nüsxə kitab var, bunlardan 611-i diskdir. Ümumi kitabların 30466 nüsxəsi latın qrafikalı,  20282 nüsxəsi isə kril qrafikalıdı. Kitabxanaların oxucu sayı 2014-cü ildə 1987 nəfər olub. 2014-cü  ildə respublikanın müxtəlif kitabxanalarından 333 adda 1418 kitab fonda daxil olub.

Yaloba tarix diyarşünaslıq məktəbi 1991-ci ildən fəaliyyət göstərir. Hal-hazırda  muzeyin sahəsi 250 kvm-dir .   Muzeydə müxtəlif məzmunlu 831 adda fond eksponatları var. İl boyu muzeyə fərdi gələnlərin sayı 3500, ekskursiyaya gələnlərin sayı 4200 nəfər olub. Ekskursiyaların sayı isə 300 olub.

Xocalı rayon uşaq musiqi məktəbləri haqqında ümumi məlumat.

1 saylı uşaq musiqi məktəbi Goranboy şəhərində yeni inşa edilmiş köçkün şəhərciyində yüksək standartlara cavab verən müasir tipli binada fəaliyyət göstərir. Məktəbdə 45 nəfər  müəllim və 5 nəfər texniki işçi çalışır.  120 şagird  musiqinin 5  növü üzrə təhsil alır. Hal-hazırda  məktəbin bir neçə məzunu respublikanın musiqi kolleclərində təhsillərini davam etdirirlər. 2014-cü ildə məktəbin şagirdləri respublikanın bölgələrində keçirilən müxtəlif musiqi müsabiqələrində iştirak ediblər..

2 saylı uşaq musiqi məktəbi Bakı şəhəri Pirşağı qəsəbəsində santexmontajın yataqxanasının 1-ci mərtəbəsində fəaliyyət  göstərir. Məktəbdə 120 şagird  musiqi təhsili alır, 27 müəllim  və  2 texniki işçi işləyir.  Məktəbdə  musiqinin 6 növü tədris olunur. Məktəbin  şagirdləri  Bakı şəhərində keçirilən musiqi müsabiqələrində il boyu iştirak ediblər.
 

3 saylı uşaq musiqi məktəbi  Goranboy rayon Aşağı Ağcakənd  qəsəbəsində  Daxili İşlər Nazirliyi tərəfindən tikilib rayonumuza hədiyyə edilmiş binada fəaliyyət  göstərir.  Məktəbdə 128 şagird musiqi təhsili alır ki,  onlarla 43 müəllim məşğul olur.  Məktəbdə 7 musiqi növü üzrə dərs keçirilir.  3 saylı uşaq musiqi məktəbində şagirdləri il boyu respublikanın bölgələrində keçirilən musiqi müsabiqələrində  iştirak ediblər.  Eyni zamanda  1 və 3 saylı uşaq musiqi məktəbinin  müəllim və şagird  kollektivi rayonda keçirilən tədbirlərdə fəal iştirak edirlər.
 

Keçidlər